...

Azərbaycanda Səhiyyə Məcəlləsi hazırlanacaq

Siyasət Materials 16 İyul 2010 16:25 (UTC +04:00)
Azərbaycanda Səhiyyə Məcəlləsi hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Səhiyyə Məcəlləsi hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Rəcəbli deyib ki, yaxın vaxtlarda komitə tərəfndən Səhiyyə Məcəlləsi hazırlanacaq.

"Səhiyyə Məcəlləsinin hazırlanmasının vaxtı çatıb. Azərbaycanda səhiyyə sahəsində çoxlu qanunlar qəbul edilib ki, onların da bazasında məcəllə hazırlamaq mümkündür", - komitə sədri vurğulayıb.

Rəcəbli Səhiyyə Məcəlləsinin qəbulunadək bir neçə qanunun qəbulunu zəruri sayır.

Komitə sədri deyib ki, "Pasientlərin hüquqlarının müdafiəsi haqqında" və "Ailə həkimi haqqında" qanunlar qəbul edilməlidir.

"Bu qanunlar qəbul ediləndən sonra Səhiyyə Məcəlləsinin hazırlanmasında heç bir problem olmayacaq", - Rəcəbli bildirib.

Komitə sədri "Pasientlərin hüquqlarının müdafiəsi haqqında" və "Ailə həkimi haqqında" qanunların hazırlandığını bildirib.

Xəbər lenti

Xəbər lenti