...

Tehranda qondarma "erməni soyqırımı"na dair kitablar fars dilinə tərcümə edilir - azərbaycanlı politoloq Mübariz Əhmədoğlu

Siyasət Materials 19 İyul 2010 16:08 (UTC +04:00)
Tehranda qondarma "erməni soyqırımı"na dair kitabların fars dilinə tərcümə edilməməsi ilə bağlı İran mətbuatında yayılan məlumatların əsası yoxdur.
Tehranda qondarma "erməni soyqırımı"na dair kitablar fars dilinə tərcümə edilir - azərbaycanlı politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Tehranda qondarma "erməni soyqırımı"na dair kitabların fars dilinə tərcümə edilməməsi ilə bağlı İran mətbuatında yayılan məlumatların əsası yoxdur. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

"ABŞ Klark Universitetinin professoru Taner Akçamın "erməni soyqırımı"nın təsdiq və təbliğinə həsr olunmuş "Utandırıcı əməl" kitabı ingilis dilindən fars dilinə tərcümə olunub və İranda həmin kitabın təqdimat mərasimi keçirilib. Tehranda erməni yeparxiyasının iqamətgahında keçirilən təqdimat mərasimində kitabın müəllifi, fars dilinə tərcüməçisi ilə yanaşı, Tehran universitetlərinin müəllimləri, bəzi siyasət və dövlət adamları da iştirak ediblər", - Əhmədoğlu deyib.

Mərkəz rəhbəri xüsusi qeyd edib ki, tədbirin iştirakçıları, eləcə də tərcümənin təşkilatçılarının böyük əksəriyyəti qeyri-ermənilərdir.

"Tehranda ermənilər üçün vacib olan bütün günlər həmişə qeyd olunur. Sadəcə rəsmi Tehranın rəyini nəzərə alaraq bu tədbirlərin vaxtı 10-15 gün geriyə atılır. Bu il qondarma "erməni soyqırımı"nın 95 illiyi və Şuşa üzərində "qələbənin" 18-ci ilini ermənilər mayın 24-də qeyd etdilər. İştirakçılar arasında ermənilərin sayı üstünlük təşkil etmirdi. Rəsmi Tehran erməni tədbirlərinin vaxtını dəyişməklə çaşdırıcı mövqe ilə məşğul olur. Rəsmi mövqeyi ilə bizi "azdırmağa" çalışan Tehran əməldə ermənilərin yanındadır. İran Dağlıq Qarabağın iqtisadiyyatında Ermənistandan sonra ikinci dövlətdir", - Əhmədoğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti