...

ABŞ Senatı Metyu Brayzanın Azərbaycandakı səfir vəzifəsinə namizədliyinə baxacaq

Siyasət Materials 20 İyul 2010 13:02 (UTC +04:00)
ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsi Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfir vəzifəsinə namizədliyinə baxacaq, - bu barədə Senatın saytı məlumat verib.
ABŞ Senatı Metyu Brayzanın Azərbaycandakı səfir vəzifəsinə namizədliyinə baxacaq

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Qasımova/

ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsi Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfir vəzifəsinə namizədliyinə baxacaq, - bu barədə Senatın saytı məlumat verib.

Dinləmələr cümə axşamı - iyulun 22-də saat 10:00-da senator Şahinin (senator Shaheen) sədrliyi altında keçiriləcək.

Elə həmin gün Brayzanın namizədliyi ilə yanaşı, Frensis Cozef Rikardonenin ABŞ-ın Türkiyədəki səfiri, Daniel Beneta Smitin Amerikanın Yunanıstandakı və İslandiya, Bosniya, Herseqovinadakı səfirlərinin də namizədliyi məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti