...

İyulun 16-da Peterburqda başlayan "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010"un iştirakçıları Bakıya çatıblar

Siyasət Materials 22 İyul 2010 18:29 (UTC +04:00)
İyulun 16-da Peterburqda başlayan "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010"un iştirakçıları cümə axşamı Bakıya çatıb.
İyulun 16-da Peterburqda başlayan "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010"un iştirakçıları Bakıya çatıblar

İyulun 16-da Peterburqda başlayan "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010"un iştirakçıları cümə axşamı Bakıya çatıb. Bu barədə İTAR-TASS-ın müxbirinə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun konsulu Elşad Qulamov bildirib. O deyib ki, marşrut haqqında geniş məlumat əldə etmək hələ ki mümkün olmayıb. "Belə ki, iştirakçıların telefonları söndürülüb. Ola bilsin onlar ya istirahət edirlər, ya da isti dənizdə şənlənərək üzürlər", - diplomat qeyd edib.

Avtoyürüş Böyük Vətən müharibəsinin 65-ci ildönümünə həsr olunub. Layihənin təşkilatçısı qismində "Naviqator" və "Otkrıtaya zemlya" klubları və Rusiya-Azərbaycan Gənclər Təşkilatı çıxış ediblər. Avtoyürüş Sankt-Peterburq şəhərinin administrasiyası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun dəstəyi ilə keçirilir.

Avtoyürüş start götürən zaman yürüşün rəhbəri Vladimir Bloxin jurnalistlərlə görüşdə qeyd edib ki, müharibədə qəhrəmancasına həlak olanların xatirəsinə baş əymək Rusiya və Azərbaycan xalqlarının müqəddəs borcudur. "O vaxt biz birlikdə düşmənə qarşı mübarizə aparmışıq. Bu avtoyürüş məhz böyük qələbənin 65-ci ildönümünə həsr edilib", - o deyib.

Ölkənin müxtəlif bölgələrinin 50-dən çox ekipajı Moskvaya istiqamət götürüb. Sonradan 3000 kilometrdən çox marşrut Novoçerkassk, Rostov-na-Donu, Bakı və Mingəçevir şəhərlərindən keçəcək. Bütün nəqliyyat vasitələrinə iki ölkənin dövlət bayraqları vurulub. Böyük və kiçik şəhərlərdə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçiriləcək, xatirə abidələrinə çiçəklər qoyulacaq. Bu tədbirlərdən biri Rostov vilayətinin Taqanroq şəhərində 7 may 1980-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılan Sambesk yüksəkliklərindəki Şərəf abidəsində olacaq. Taqanroqu faşistlərdən azad edən 130-cu və 416-cı Azərbaycan motoatıcı diviziyalarının döyüşçülərinə ucaldılan abidəni Bakı və Rostov heykəltəraş və arxitektorları layihələşdirərək tikiblər. Bu abidənin 1980-ci ildə Heydər Əliyevin iştirakı ilə açılışı olub.

Xəbər lenti

Xəbər lenti