...

İlham Əliyev Peru Prezidentini təbrik edib

Siyasət Materials 27 İyul 2010 20:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Alan Qarsiyaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Peru Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Alan Qarsiyaya təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasında yaranmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Alan Qarsiyaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Peru xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti