...

Niderlandın ədliyyə naziri Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirib

Siyasət Materials 9 Avqust 2010 17:48 (UTC +04:00)
Bu barədə ölkəmizdə səfərdə olan Niderlandın ədliyyə naziri Ernst Xirş Ballin Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovla görüşündə deyib.
Niderlandın ədliyyə naziri Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirib

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Niderlandın ədliyyə naziri Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları və əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib.

Bu barədə ölkəmizdə səfərdə olan Niderlandın ədliyyə naziri Ernst Xirş Ballin Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovla görüşündə deyib.

DMX-nin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, niderlandlı nazir ölkələrimiz arasında qarşılıqlı iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımları yüksək dəyərləndirib və Azərbaycanın regionda mövqeyinin möhkəmləndiyini vurğulayıb.

O, Niderlandın ölkəmizlə miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinə önəm verərək, konkret tədbirlər həyata keçirmək niyyətində olduğunu bildirib.

Ballin bu səfərinin mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə, o cümlədən, miqrasiya sahəsində birgə əməkdaşlığa, qanunsuz miqrasiya hallarının aradan qaldırılması sahəsində irəliləyişin əldə edilməsinə öz müsbət təsirini göstərəcəyinə yeni bir töhfə olacağına ümidvarlığını qeyd edib.

Azərbaycan ilə Niderland arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edən xidmət rəisi Rəhimov vurğulayıb ki, hazırda Azərbaycanda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.

Xidmət rəisi, həmçinin, ölkədə miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə 1 iyul 2009-cu il tarixdən "bir pəncərə" prinsipinin tətbiqi nəticəsində, çox ciddi nəticələr əldə olunduğunu qonaqların diqqətinə çatdırıb.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, qanunsuz miqrasiyaya qarşı birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti