...

Azərbaycan Prezidenti Samur-Həzrə yolunun açılışında iştirak edib

Siyasət Materials 12 Avqust 2010 17:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti Samur-Həzrə yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Məlumat verildi ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli Sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılıb.

Uzunluğu 23 kilometr, eni 6 metr olan yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zuxul istiqamətlərində davam edir.

Yeni yolun istifadəyə verilməsi münasibətilə qusarlıları təbrik edən Prezident İlham Əliyev onlara gələcək işlərində uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.
Qusarlıların minnətdarlığını dövlətimizin başçısına çatdıran rayon sakini Məsud Qədimov Qusarın inkişafına, sosial problemlərin aradan qaldırılmasına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

Xəbər lenti

Xəbər lenti