...

Oktyabrda Azərbaycana Parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurasının nümayəndə heyəti gələcək

Siyasət Materials 20 Avqust 2010 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir M.Əliyev/

Oktyabrda Azərbaycana ölkədə keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurasının uzunmüddətli müşahidəçilərinin nümayəndə heyəti gələcək. Bu barədə cümə günü jurnalistlərə AŞPA-nın vitse-prezidenti, Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycana seçkilərin gedişinə nəzarət etmək üçün iki - uzunmüddətli və qısamüddətli nümayəndə heyəti göndərəcək. "Qısamüddətli müşahidəçilər missiyası bilavasitə seçkilər zamanı həyata keçiriləcək və nümayəndə heyəti daha geniş tərkibdə - Avropa Şurası partiyalarının nümayəndələri və deputatları ilə təmsil olunacaq", - Seyidov qeyd edib.

"Hər iki missiya Azərbaycan üçün mühümdür və biz onların müşahidəçilik missiyalarını uğurla aparmaları üçün əlimizdən gələni edirik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti