...

Azərbaycanın müxalifət liderləri Rusiyanın Gümrüdəki hərbi bazasının saxlanmasına dair Ermənistanla müqavilənin uzadılmasını pisləyib

Siyasət Materials 21 Avqust 2010 15:04 (UTC +04:00)
Azərbaycanın müxalifət liderləri Rusiyanın Gümrüdəki hərbi bazasının saxlanmasına dair Ermənistanla müqavilənin uzadılmasını pisləyib.
Azərbaycanın müxalifət liderləri Rusiyanın Gümrüdəki hərbi bazasının saxlanmasına dair Ermənistanla müqavilənin uzadılmasını pisləyib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət liderləri Rusiyanın Gümrüdəki hərbi bazasının saxlanmasına dair Ermənistanla müqavilənin uzadılmasını pisləyib.

"Azərbaycanın müstəqilliyinin əldə olunması üçün ağır mübarizə aparılıb. Biz hər zaman müstəqilliyimizin qorunması üçün sayıq olmalı, ona qarşı yönələn təhdidləri görməliyik. Ermənistan-Rusiya hərbi müqaviləsi Azərbaycan müstəqilliyinə qarşı yönəlmiş ən böyük təhdidlərdəndir", - bunu müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər şənbə günü mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 10-cu ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bldirib.

Trend-in arayışı: Rusiya və Ermənistan arasında avqustun 20-də imzalanan müqaviləyə əsasən, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının Ermənistanda qalma müddəti 2049-cu ilə qədər uzadılıb.

HHM birləşdirilmiş sistemləri çərçivəsində döyüş növbətçiliyi həyata keçirir. Baza RF-in Zaqafqaziyadakı Şimali Qafqaz Hərbi Dairəsinin Rusiya qoşunları qrupuna tabedir.

Baza "S-300" zenit raket kompleksləri ilə və "MiQ-29" qırıcıları ilə təchiz olunub. Bazadakı şəxsi heyətin sayı 5 min nəfərə yaxındır.

Tədbirdə çıxışı zamanı müxalif Xalq Cəbhəsi Partiyasının sədri də eyni fikirləri səsləndirib.

"Bu gün bizim düşmənlərimiz Rusiyanın timsalında özlərinə böyük bir dost qazanıblar. Bu dostluq, əslində, əvvəllər də mövcud idi. Lakin bu müqavilə ilə onlar bu dostluğu rəsmiləşdirdilər", - AXCP sədri Əli Kərimli deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti