Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bir neçə maddə ilə axtarışda olan şəxs Ukraynada tutulub.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikası CM-nin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan Rafəddin Əsgərov Ukraynanın Odessa şəhərində tutulub. Onun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür.