...

ATƏT-in Bakı ofisi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı tövsiyələri təqdim edib

Siyasət Materials 26 Avqust 2010 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir M.Əliyev/

ATƏT-in Bakı ofisi avqustun 24-də keçirilmiş KİV-in parlament seçkilərini işıqlandırmasına həsr olunan tədbirdən sonra KİV-in seçkiləri bərabərhüquqlu işıqlandırmasına kömək edə biləcək prinsipləri təqdim edib. Bu barədə təşkilatın Bakı ofisinin saytında deyilir.

Tövsiyələr bunlardan ibarətdir: seçki kampaniyası dövründə iki ictimai telekanal və bir ictimai radioda siyasi partiyalar və namizədlər üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtının ayrılması; bu efir vaxtının üçdə bir hissəsinin debatların təşkili, digər hissəsinin isə namizədlərin çıxışları üçün nəzərdə tutulması; xəbərlər proqramları, forumlar, tok-şoular və digər proqramlarda bütün siyasi partiyaların təmsilçilərinə ayrıseçkilik olmadan yer verilməlidir. Ümummilli və regional özəl telekanallar seçki kampaniyası dövründə iştirakı stimullaşdırmalı və efir vaxtı təklif etməlidir; Seçki Məcəlləsinin 77.1-ci maddəsi ləğv olunmalıdır ki, AzTV telekanalı seçki kampaniyası dövründə namizədlərə efir vaxtı ayıra bilsin.

Azərbaycanda parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti