...

Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin prezidentinə etimadnaməsini təqdim edib

Siyasət Materials 27 Avqust 2010 17:17 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli öz təyinatı ilə bağlı etimadnaməsini Ukrayna Prezidenti Viktor Yanukoviçə təqdim edib.
Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli öz təyinatı ilə bağlı etimadnaməsini Ukrayna Prezidenti Viktor Yanukoviçə təqdim edib. Məlumatı Ukrayna Prezidentinin saytı yayıb.

Azərbaycan səfiri ilə yanaşı, Ukrayna Prezidentinə öz etimadnamələrini təyinat almış Səudiyyə Ərəbistanı, Moldova, Çin, Pakistan və Avstriya səfirləri də təqdim ediblər.

Səfirləri öz məsuliyyətli missiyalarına başlamaları münasibətilə təbrik edən Yanukoviç onların Ukrayna və təmsil etdikləri dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin gələcək inkişafına böyük töhfə verəcəklərinə əminliyini bildirib.

"İcazə verin, sizi əmin edim ki, Ukrayna tərəfi sizə işdə istənilən köməyi və dəstəyi göstərəcək", - o deyib.

Prezident Yanukoviç diplomatları Ukraynadakı son hadisələr barədə məlumatlandırıb və onların hər biri ilə qısa söhbət edib.

Xəbər lenti

Xəbər lenti