...

Azərbaycanın hakim partiyasının sədr müavini Piter Semnebini qəbul edib

Siyasət Materials 6 Sentyabr 2010 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in YAP-ın internet saytına istinadən verdiyi məlumata görə, görüş zamanı bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti