...

Azərbaycanın hakim partiyası Çin Kommunist Partiyası ilə əlaqələri genişləndirmək niyyətindədir

Siyasət Materials 8 Sentyabr 2010 13:30 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası arasında əlaqələrin daha da möhkəmləndirilməsi zəruridir.
Azərbaycanın hakim partiyası Çin Kommunist Partiyası ilə əlaqələri genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası arasında əlaqələrin daha da möhkəmləndirilməsi zəruridir. Trend-in YAP-ın internet-saytına istinadən verdiyi məlumata görə, bu barədə fikirlər YAP-ın sədr müavini Əli Əhmədovun Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ilə çərşənbə günü keçirilən görüşü zamanı səslənib.

Görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə, həmçinin, qarşıdan gələn Parlament seçkiləri və ona hazırlıq prosesi haqqında bəhs edilib.

Azərbaycanda Parlament seçkilərinə ötən həftənin şənbə günündən rəsmi start verilib.

Azərbaycan Prezidenti Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti