...

Bakıda Azərbaycanla Niderland arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasət Materials 8 Sentyabr 2010 13:36 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov çərşənbə günü Niderland Parlamentinin sədri Rene Van der Lindenlə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bakıda Azərbaycanla Niderland arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov çərşənbə günü Niderland Parlamentinin sədri Rene Van der Lindenlə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Görüş zamanı Əsədov bildirib ki, Niderland Parlamenti spikerinin səfəri iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək.

Van der Linden səfərinin məqsədi kimi parlamentlərarası və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini qeyd edib. O bildirib ki, qlobal maliyyə böhranı dövründə Azərbaycanda Niderland Səfirliyinin açılması onun ölkəsinin Bakı ilə əməkdaşlıqda maraqlı olduğuna sübutdur.

Xəbər lenti

Xəbər lenti