...

Azərbaycanda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Siyasət Materials 8 Sentyabr 2010 20:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti