...

Gürcüstanda əmək, səhiyyə və sosial müdafiə nazirinin keçmiş müavini həbs olunub

Siyasət Materials 16 Sentyabr 2010 15:22 (UTC +04:00)
Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə nazirinin keçmiş müavini Nikoloz Pruidze polis tərəfindən saxlanılıb.
Gürcüstanda əmək, səhiyyə və sosial müdafiə nazirinin keçmiş müavini həbs olunub

Gürcüstan, Tbilisi, 16 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə nazirinin keçmiş müavini Nikoloz Pruidze polis tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Gürcüstan XİN administrasiyasının rəhbəri Şota Xizanişvili məlumat verib.

Həbs bu gün səhər prokurorluqda istintaqdan sonra həyata keçirilib.

Pruidzeyə Gürcüstana vaksinlərin gətirilməsi üzrə keçirilən tenderlə bağlı korrupsiya ittihamı irəli sürülüb. İstintaq orqanları nazir müavininin köməyi ilə ölkəyə qızılca, məxmərək, skarlatinaya qarşı vaksin gətirən şəxslərin preparatların qiymətlərini artırdığını müəyyən ediblər. Yoxlama Palatasının məlumatına görə, bu fırıldaqçılara görə, Gürcüstan büdcəsinə 1 milyon dollar ziyan dəyib. Gürcüstanın Daxili İşlər Nazirliyi bir az sonra işlə bağlı təfərrüatları açıqlamaq niyyətindədir.

Pruidze öz vəzifəsini üç həftə əvvəl Andria Uruşadzenin yeni nazir təyin olunmasından sonra tərk edib.

Xəbər lenti

Xəbər lenti