...

İtaliya senatorları Bakıya gələcəklər – səfir

Siyasət Materials 16 Sentyabr 2010 16:45 (UTC +04:00)
Bakıda Azərbaycan və İtaliya arasında parlamentlərarası əlqələrin inkişafı məsələləri müzakirə ediləcək.
İtaliya senatorları Bakıya gələcəklər – səfir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan və İtaliya arasında parlamentlərarası əlqələrin inkişafı məsələləri müzakirə ediləcək.

Danışıqlar İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, parlamentin Azərbaycan-İtaliya dostluq qrupunun rəhbəri senator Rossana Boldininin qarşıdan gələn səfəri çərçivəsində keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov bildirib.

Sentyabrın 23-25-də baş tutacaq səfər zamanı Boldinini bir neçə İtaliya senatoru müşayiət edəcək.

Səfər zamanı nümayəndə heyəti Milli Məclisdə və Azərbaycan Xarici İşlər Nazirliyində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti