...

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub

Siyasət Materials 21 Sentyabr 2010 13:22 (UTC +04:00)
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

FHN-in rəsmi internet-saytının çərşənbə axşamı yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində məişət tullantılarının töküldüyü ərazidə döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olan kimi, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Xilasedicilər hadisə yerinə toplaşmış insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etmiş, ərazini çəpərləyərək mühafizəyə almışlar. Nazirlik mütəxəssisləri aşkarlanmış sursatların istifadə üçün yararsız 3 ədəd "F-1" və 1 ədəd "RQN" tipli əl qumbarası olduğunu müəyyən ediblər. Nazirliyin və hadisə yerində olan hüquq-mühafizə orqanları mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində qeyd olunan ünvanda digər şübhəli əşya aşkar edilməyib. Aşkarlanmış döyüş sursatları nazirliyin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir.

Xəbər lenti

Xəbər lenti