...

Azərbaycanda Parlament seçkiləri ilə bağlı 394 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib

Siyasət Materials 24 Sentyabr 2010 15:22 (UTC +04:00)
Azərbaycanda seçkiləri müşahidə etmək üçün indiyə qədər 394 nəfər Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.
Azərbaycanda Parlament seçkiləri ilə bağlı 394 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda seçkiləri müşahidə etmək üçün indiyə qədər 394 nəfər Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib. Bu barədə cümə günü Trend-ə MSK-nın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, 394 nəfər müraciət edərək, bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib.

MSK-da qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 309-u öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər. Ombudsmandan isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.

Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək.

Hər hansı bir seçki dairəsi ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti