...

Azərbaycan Prezidenti Daşkənddəki "Həzrəti-İmam" məscid-kompleksi ilə tanış olub (FOTO)

Siyasət Materials 28 Sentyabr 2010 02:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 27-də Daşkənddəki “Həzrəti-İmam” məscid kompleksində olublar.
Azərbaycan Prezidenti Daşkənddəki "Həzrəti-İmam" məscid-kompleksi ilə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham ƏliyevÖzbəkistan Prezidenti İslam Kərimov sentyabrın 27-də Daşkənddəki "Həzrəti-İmam" məscid kompleksində olmuşlar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Komplekslə tanışlıq zamanı məlumat verildi ki, bu möhtəşəm məscid Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2007-ci ildə inşa olunub.

Məscidin girişində səndəl ağacından oyma naxışlı 20 sütunlu eyvan vardır. Tikinti zamanı milli özbək memarlığının elementlərindən geniş istifadə edilib. Məscidin içəri tərəfdən zər vərəqlə işlənmiş günbəzi vardır.

Prezident İlham Əliyev XVI əsrdə inşa olunmuş "Muyi-mübarək" mədrəsəsinə və Özbəkistan Müsəlmanları İdarəsinin kitabxanasına baxdı. Kitabxananın fondunda XII əsrə aid Qurani-Kərim və digər nadir Şərq əlyazmaları saxlanılır.

Prezident İlham Əliyev kompleskin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

FOTO - www.azertag.com

   

Xəbər lenti

Xəbər lenti