...

MDB ölkələrinin sərhəd xidmətləri Aşqabadda xarici sərhədlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər

Siyasət Materials 30 Sentyabr 2010 13:51 (UTC +04:00)
Aşqabadda MDB ölkələri sərhəd xidmətləri qərargahları rəhbərlərinin görüşü keçirilib. Görüşdə Birliyin sərhəd təhlükəsizliyi məsələləri müzakirə edilib.
MDB ölkələrinin sərhəd xidmətləri Aşqabadda xarici sərhədlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər

Türkmənistan, Aşqabad, 30 sentyabr /Trend, müxbir H.Həsənov/

Aşqabadda MDB ölkələri sərhəd xidmətləri qərargahları rəhbərlərinin görüşü keçirilib. Görüşdə Birliyin sərhəd təhlükəsizliyi məsələləri müzakirə edilib. Bu barədə "Altın Asır" milli telekanalı məlumat verib.

Gündəliyə beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiya və digərlərinə qarşı mübarizənin aspektləri daxil edilib.

Görüşdə müasir şəraitdə MDB üzvü olan dövlətlərin xarici sərhədlərində sabitliyin saxlanması üzrə tədbirlərin aktivləşdirilməsi və birgə operativ-profilaktiki tədbirlərin keçirilməsi, eləcə də sərhədin dənizdəki hissələrində brakonyerliyin qarşısının alınması barədə fikir mübadiləsi aparılıb.

İclas iştirakçıları Türkmənistandakı qabaqcıl xüsusi texnika və avadanlıqlarla təchiz olunmuş "yeni nümunə"dən olan sərhəd zastavalarından birinə baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti