...

Türkmənistanda millətçi və radikal dini hərəkatların mövcudluğu yolverilməzdir – Qurbanqulu Berdiməhəmmədov

Siyasət Materials 30 Sentyabr 2010 17:21 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov "ümumi bəla olan beynəlxalq terrorizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə güzəştsiz mübarizəyə, ölkədə millətçi və radikal dini hərəkatların yaranmasına yol verməməyə" çağırıb.
Türkmənistanda millətçi və radikal dini hərəkatların mövcudluğu yolverilməzdir – Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 30 sentyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov "ümumi bəla olan beynəlxalq terrorizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə güzəştsiz mübarizəyə, ölkədə millətçi və radikal dini hərəkatların yaranmasına yol verməməyə" çağırıb.

Bu çağırış Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ünvanlanıb. Dövlət başçısı bu idarənin yaranmasının 19 illiyi münasibətilə onlara müraciət edib. Müraciətdə həmçinin "demokratik hüquqi dünyəvi dövlətimizi "dimdikləyən" və cəmiyyətimizin birliyini və həmrəyliyini, həyatın dinc axarını pozmağa cəhd edənlərə, ölkədə iqtisadi artıma mane olanlara qarşı barışmaz olmağa" çağırış da yer alıb.

"Bu günün tələbi qabaqlayıcı tədbirləri gücləndirmək və cinayətkar fəaliyyətlərə yol verməməkdir", - Prezident deyib.

Dövlət başçısı onu da qeyd edib ki, neytrallıq statusunu üzərinə götürən Türkmənistan bütün beynəlxalq öhdəlikləri sözsüz yerinə yetirir, beynəlxalq və regionlararası münasibətləri fəal şəkildə dəstəkləyir və siyasi, iqtisadi əməkdaşlığın konstruktiv layihələrinin hazırlanmasına öz töhfəsini verir.

Onun sözlərinə görə, türkmən diplomatiyasının uğurunun ən yaxşı sübutu BMT Baş Assambleyasının 65-ci sessiyasında Aşqabadın Mərkəzi Asiyada və Xəzəryanı regionda hərtərəfli sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üzrə konkret təklifi olub.

Həmçinin, dünya bazarlarına karbohidrogenlərin çatdırılması üzrə məsələlərin həlli üçün BMT yanında Enerji Şurasının yaradılması, Aralın xilas edilməsi və Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi üzrə təklifləri qeyd etmək olar.

"Əminəm ki, siz bundan sonra da Bayran xan, Toğrul bəy, Çağrı bəy, Koroğlu bəy, Alp Arslan kimi qəhrəman babalarımızdan, Göytəpə döyüşünün və Böyük Vətən müharibəsinin qəhrəmanlarından nümunə götürəcəksiniz, vətənə və xalqa fədakarlıqla xidmət göstərəcəksiniz. Vətən qarşısında borc müqəddəsdir, onun yerinə yetirilməsi şərtsizdir!" - Berdiməhəmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti