...

Gürcüstanın Baş naziri Bolqarıstana səfər edəcək

Siyasət Materials 4 Oktyabr 2010 10:48 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Qilaurinin başçılıq etdiyi hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyəti bu gün Bolqarıstana yola düşəcək.
Gürcüstanın Baş naziri Bolqarıstana səfər edəcək

Gürcüstan, Tbilisi, 4 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilaurinin başçılıq etdiyi hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyəti bu gün Bolqarıstana yola düşəcək. Baş nazir aparatından Trend-ə verilən məlumata görə, ikigünlük səfərin gedişi zamanı Bolqarıstan Prezidenti və  Baş naziri ilə görüş planlaşdırılıb.

Səfər zamanı oktyabrın 4-də Sofiyada, Bolqarıstanın Ticarət-Sənaye Palatasında gürcü-bolqar biznes forumu keçiriləcək.

Gürcüstan Ticarət-Sənaye Palatasının prezidenti Demal İnaişvilinin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın Baş naziri Nika Qilaurinin işgüzar səfəri çərçivəsində Sofiyaya yola düşüb.

Nümayəndə heyətinin tərkibinə "Poti dəniz limanı" Korporasiyası, "Uşba Distiller", "Alfa", "Lomisi", "Transiberiyaservis", "Georgian Hazelnut Impex" şirkətlərinin nümayəndələri daxildir", - Gürcüstan Ticarət-Sənaye Palatasından verilən məlumatda bildirilir.

Forumda Gürcüstan və Bolqarıstanın baş nazirləri iştirak edəcəklər. Eləcə də forum çərçivəsində Gürcüstan və Bolqarıstan Ticarət-Sənaye palataları arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti