...

Tolerantlıq və dialoq aparmaq imkanı qlobal təhlükəsizlik sistemində maksimum modeldir - ekspert

Siyasət Materials 4 Oktyabr 2010 14:53 (UTC +04:00)
"Foresight Canada" Strateji Mərkəzinin icraçı direktoru Devid Harris tolerantlıq və dialoq aparmaq imkanını qlobal təhlükəsizlik sistemində maksimum model hesab edir.
Tolerantlıq və dialoq aparmaq imkanı qlobal təhlükəsizlik sistemində maksimum modeldir - ekspert

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Y.Ostapenko/

"Foresight Canada" Strateji Mərkəzinin icraçı direktoru Devid Harris tolerantlıq və dialoq aparmaq imkanını qlobal təhlükəsizlik sistemində maksimum model hesab edir.

"Mənim dünya təhlükəsizlik sistemi sahəsində vəziyyətin inkişafı modelim səmimi və birbaşa dialoq aparmaqdan ibarətdir. Tolerantlıq maksimum həqiqi olmalıdır", - Harris bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində bildirib.

Harris Strateji Araşdırmalar Mərkəzində qlobal təhlükəsizlik sisteminin nəzəri aspektlərini təqdim edib.

"Foresight Canada" Strateji Mərkəzi Kanadada başlıca "beyin mərkəzi" hesab olunur. Mərkəz təhlükəsizlik sahəsində cari problemlərin öyrənilməsi ilə məşğul olur, gələcək proqnozları hazırlayır və gələcək hadisələrin inkişaf istiqamətlərini tədqiq edir.

"Qlobal təhlükəsizlik sistemi haqqında danışarkən, bu və ya digər proseslərin müəyyən edilməsi üçün isimlərdən istifadə etməkdən yan keçmək və fellərdən istifadə etməyə başlamaq lazımdır", - Kanada Silahlı Qüvvələrinin istefada olan polkovniki, hərbi mühəndis Harris bildirib.

Onun sözlərinə görə, münaqişələrin nizamlanması üzrə danışıqların ssenarisi həmişə sülhə göstərilən səy olmalıdır. O, nümunə kimi Yaxın Şərqdəki münaqişəni göstərib. "Foresight Canada" Mərkəzi tərəfindən bu mövzu ilə bağlı 2002-2003-cü illərdə ətraflı iş aparılıb, - o qeyd edib. - Yaxın Şərq münaqişəsindən danışarkən, fikri yekun qərara deyil, danışıqlar prosesindəki irəliləyişə yönəltmək lazımdır".

Xəbər lenti

Xəbər lenti