...

Azərbaycanda seçkilərdə iştirak etmək istəyən 504 nəfərin namizədliyi təsdiq olunub

Siyasət Materials 10 Oktyabr 2010 15:36 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün 504 nəfərin namizədliyi təsdiq olunub. Trend-in məlumatına görə bu barədə Mərkəzi Seçki Komissiyasının bazar günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda seçkilərdə iştirak etmək istəyən 504 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycan, Bakı, 10 oktyabr / Trend muxbir  T.Hacıyev/

Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün 504 nəfərin namizədliyi təsdiq olunub. Trend-in məlumatına görə bu barədə Mərkəzi Seçki Komissiyasının bazar günü keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, namizədliyini irəli sürmüş şəxslərdən 1115 nəfəri artıq imza vərəqələrini geri qaytarıb. Pənahov onu da qeyd edib ki, seçkiləri müşahidə etmək üçün Dairə Seçki Komissiyalarına 5017 müraciət daxil olub.

MSK-nın iclasında daxil olan müraciətlərə də baxılıb. MSK üzvləri tərəfindən daxil olan müraciətlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, müraciətlər "AXCP-Müsavat" siyasi partiyalar bloku, Müasir Müsavat, Sosial-Demokrat partiyası və müstəqil namizədlər tərəfindən daxil olub. Narazılıqlar əsasən Dairə Seçki Komissiyalarının hərəkətsizliyi, namizədlərə müxtəlif şəxslər və məmurlar tərəfindən göstərilən təzyiqlər, vətəndaşların aldadılaraq müəyyən namizədlər üçün imza alınması və digər məsələlər ilə bağlı olub. Müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti