...

Azərbaycan Prezidenti Xaçmaz rayonunun sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında xidmətləri olan şəxsləri təltif edib

Siyasət Materials 13 Oktyabr 2010 20:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi və təltif edilməsi haqqında iki sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Xaçmaz rayonunun sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında xidmətləri olan şəxsləri təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Xaçmaz rayonunun sosial-iqtisadi, mədəni və ictimai-siyasi həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi və təltif edilməsi haqqında iki sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb

Xaçmaz rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan Niyazov Afiq Şərəfəli oğluna "Əməkdar Həkim", Hacıyev İskəndər Sədri oğlu "Əməkdar Mühəndis", Nurməmmədova Mədinə Əlişah qızına isə "Əməkdar Müəllim" fəxri adları verilib.

Rayonun ictimai-siyasi həyatında xidmətləri olan Mərdanov Akif Teyfur oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Abdullayev Qabil Qafil oğlu, Haqverdiyev Bəxtiyar Məhərrəm oğlu, Həsənov Nizami Kamil oğlu, Qasımov Ələddin Yadigar oğlu, Məcidov Aslan Cümşüd oğlu, Osmanov Bəxtiyar Adil oğlu, Səfərov Səməd Abdulkərim oğlu və Yaqubov Azad Məmmədrza oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Xəbər lenti

Xəbər lenti