...

Azərbaycan Prezidenti Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2010 02:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında iştirak edib (FOTO)

RED: əlavəsi: şəkillər əlavə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, binada eyni vaxtda dörd ayrı dərs üzrə 32 idmançının şahmatın sirlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Sinif otaqları şahmat taxtaları, saat və kompyuterlərlə təchiz olunmuşdur. Burada dərs prosesini izləmək üçün videokameralar quraşdırılmışdır. Beynəlxalq və respublika əhəmiyyətli yarışlarda nailiyyətlər qazanmış yerli şahmatçıların şəkillərindən ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir. Məktəbdəki inzibati otaqlar və yarış zalı da şahmata aid bütün lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşdur. Ümumi sahəsi 300 kvadratmetr olan yarış zalında eyni vaxtda 68 şahmatçı öz bacarığını sınaya bilər.

Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi.
Sonda dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti