...

Belçika Senatının fəxri sədri Azərbaycanda səfərdə olacaq

Siyasət Materials 22 Oktyabr 2010 11:11 (UTC +04:00)
YES-Azərbaycanın dəvəti ilə Belcika Senatının fəxri sədri, BMT-nin müstəqil eksperti, Paris Siyasi Elmlər İnstitutunun Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, İsgəndəriyyə kitabxanasının himayədarlar şurasının üzvü xanım Anne-Marie Lizin noyabrın 14-17-də Azərbaycanda səfərdə olacaq.
Belçika Senatının fəxri sədri Azərbaycanda səfərdə olacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/

YES-Azərbaycanın dəvəti ilə Belcika Senatının fəxri sədri, BMT-nin müstəqil eksperti, Paris Siyasi Elmlər İnstitutunun Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, İsgəndəriyyə kitabxanasının himayədarlar şurasının üzvü xanım Anne-Marie Lizin noyabrın 14-17-də Azərbaycanda səfərdə olacaq.

YES-Azərbaycanın cümə günü yaydığı məlumata görə, səfər zamanı xanım Lizin aidiyyəti qurumların rəhbərləri ilə göruşlər keçirəcək, Quba məzarlığını ziyarət edəcək və həmçinin bu soyqırımın dünya ictimaiyyətinə tanıtdırılması istiqamətində layihələrin reallaşdırılması müzakirə olunacaq.

Xanim Lizinin səfəri Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Belçika Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə reallaşacaq.

Xəbər lenti

Xəbər lenti