...

Azərbaycanda səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini başa çatdırılıb - DİN

Siyasət Materials 3 Noyabr 2010 18:30 (UTC +04:00)
Azərbaycanda səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini demək olar ki, başa çatdırılıb.
Azərbaycanda səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini başa çatdırılıb - DİN

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini demək olar ki, başa çatdırılıb. Bunu çərşənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov mətbuata verdiyi açıqlamasında bildirib.

"Səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini demək olar ki, başa çatdırılıb. Əgər əvvəllər hər ay orta hesabla 50-60 min nəfərə şəxsiyyət vəsiqəsi verilirdisə, gücləndirilmiş iş rejimində çalışan pasport xidmətinin əməkdaşları ən müasir avadanlıqlarla təchiz olunmuş 77 regional mərkəzdə təkcə sentyabr-oktyabr aylarında üst-üstə 326 min nəfəri şəxsiyyəti təsdiq edən sənədlərlə təmin ediblər", - Gözəlov deyib.

Onun sözlərinə görə, əgər vətəndaş seçki günü şəxsiyyəti təsdiq edən sənədi itirərsə, yaxud tapa bilməzsə, dərhal ərazi üzrə pasport-qeydiyyat şöbəsinə müraciət etməlidir. Bu halda o, 1 saat müddətində yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti