...

Azərbaycanda saat 10:00 radələrinə qədər 1500 seçici elektron səsvermədə iştirak edib - "Parlament -2010" Seçki Monitorinqi Koalisiyası

Siyasət Materials 7 Noyabr 2010 10:13 (UTC +04:00)
Azərbaycanda seçicilər elektron səsverməsində aktiv iştirak edirlər, bunu Trend-ə “Parlament -2010” Seçki Monitorinqi Koalisiyasından bildiriblər
Azərbaycanda saat 10:00 radələrinə qədər 1500 seçici elektron səsvermədə iştirak edib - "Parlament -2010" Seçki Monitorinqi Koalisiyası

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda seçicilər elektron səsvermədə aktiv iştirak edirlər, bunu Trend-ə "Parlament -2010" seçki monitorinqi koalisiyasından bildiriblər.

"Artıq elektron səsvermə sistemi səhər saat 8:00-dan aktivdir. Sevindirici haldır ki, seçicilərimiz eyni zamanda elektron səsverməyə ciddi maraq göstərirlər. Seçicilər dairələrin əksəriyyəti üzrə səs verməyə başlayıblar. Rayonların əksəriyyəti də bu səsvermədə fəal iştirak edirlər. Saat 10:00 radələrinə qədər artıq 1500 seçici elektron səsvermədə iştirak edib", - məlumatda bildirilib.

Koalisiya tərəfindən Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınmış 16 nəfər operativ müşahidə həyata keçirəcəkləri qrafiklə tanış edilib.

"Parlament -2010" seçki monitorinqi koalisiyası respublikanın 80 seçki dairəsində 3087 müşahidə həyata keçirir.

Aparılan ilkin müşahidənin nəticələrinə əsasən, seçki qutuları qanunauyğun şəkildə möhürlənib və müşahidəçilər bülletenlərin sayılmasında iştirak ediblər.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti