...

Azərbaycan Ombudsmanı parlament seçkilərinin bütün qaydalara riayət edilməklə təşkil olunduğunu bildirib

Siyasət Materials 7 Noyabr 2010 11:24 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova bu il keçirilən parlament seçkilərinin bütün qaydalara riayət edilməklə təşkil olunduğunu bildirib.
Azərbaycan Ombudsmanı parlament seçkilərinin bütün qaydalara riayət edilməklə təşkil olunduğunu bildirib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Elmira Süleymanova bu il keçirilən parlament seçkilərinin bütün qaydalara riayət edilməklə təşkil olunduğunu bildirib. Bu barədə Ombudsman 4 saylı qadın cəzaçəkmə müəssisəsində jurnalistlərə açıqlamasında bildirib.

"Ümid edirəm ki, bu il seçkilərdə qanun pozuntusu olmayacaq", - Süleymanova qeyd edib.

Onun sözlərinə görə, buna səbəb ötən ildən bu ilə qədər seçkilərin keçirilməsi ilə bağlı çoxsaylı təlim tədbirlərinin keçirilməsidir.

Süleymanova onu da qeyd edib ki, 4 saylı qadın cəzaçəkmə müəssisində seçki prosesini izləyib və saat 11:00-a qədər həmin müəssisələrdə səsvermə prossesi başa çatıb. Səsvermədə seçki hüququ olan 12 gənc və 324 qadın iştirak edib.

Süleymanova onu da qeyd edib ki, Səbail, Yasamal və Xətai rayonlarında bu gün müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti