...

Azərbaycan məhkəmələri parlament seçkiləri ilə bağlı 10 namizədin şikayətini təmin edib

Siyasət Materials 11 Noyabr 2010 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı namizədlər tərəfindən Ali Məhkəməyə daxil olan şikayətlərdən beşi təmin edilib. Bunu cümə axşamı jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.

"Digər 5 nəfərin namizədliyi isə Apelyasiya Məhkəməsi tərəfindən təmin olunub və onlar seçkilərə qatılıblar", - Rzayev deyib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib, 690 namizəd mübarizə aparıb. MSK-nın rəsmi məlumatına görə, parlament seçkisində seçicilərin 50,14 faizi iştirak edib. MSK seçkidə qalib gələn namizədlərin adlarını açıqlayıb.

Ali Məhkəmənin sədrinin sözlərinə görə, MSK tərəfindən seçkilərin nəticələri rəsmi elan olunmadığı üçün seçkilərdən sonra Ali Məhkəməyə şikayət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti