...

Azərbaycan Prezidenti Polşanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 24 Noyabr 2010 13:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Polşanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Valdemar Pavlyakın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib.

Bakıda keçiriləcək Azərbaycan-Polşa hökumətlərarası birgə komissiyanın iclasına toxunan Prezident İlham Əliyev deyib ki, bu iclas münasibətlərin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran məsələlərə yenidən baxmaq üçün yaxşı fürsət yaradacaq. Dövlət başçısı fəal əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Pavlyak ölkəmizdə həyata keçirilən nəhəng tikinti-quruculuq işlərinə və əldə edilən dinamik inkişafa görə Prezident İlham Əliyevi təbrik edib. O, Azərbaycan Prezidentinin Polşaya rəsmi səfərini və səfər zamanı onunla görüşünü məmnunluqla xatırlayıb. Valdemar Pavlyak Polşa-Azərbaycan hökumətlərarası birgə komissiyanın iclasının əməkdaşlığın daha da genişləndirilməsi işinə yeni təkan verəcəyini vurğulayıb. İş adamlarının qarşılıqlı fəaliyyəti üçün lazım olan sahələrin müəyyən edilməsinin zəruriliyini qeyd edən qonaq Polşanın özəl biznes nümayəndələrinin Azərbaycanda böyük məmnuniyyətlə işləmək arzusunda olduqlarını deyib.

Polşa iş adamlarının Bakıda keçiriləcək biznes forumundan danışan Prezident İlham Əliyev həmin tədbirdə Azərbaycanda həyata keçiriləcək layihələrlə bağlı məlumatların da təqdim ediləcəyini və bunun polşalı iş adamları üçün çox maraqlı olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti