...

Azərbaycanın müdafiə naziri Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində olub

Siyasət Materials 30 Noyabr 2010 15:39 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 30 noyabr /Trend, müxbir D.Əzizov/

Özbək həmkarı Kabul Berdiyevin dəvəti ilə Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çərşənbə axşamı Heydər Əliyev adına Azərbaycan Milli Mədəniyyət Mərkəzində olub.

Əbiyev Azərbaycan Mədəniyyət Mərkəzinin girişində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Sonra Heydər Əliyev və Azərbaycan dövlətçiliyi muzeyinin ekspozisiyası ilə tanış olub.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, nazir Əbiyevin səfər proqramında Özbəkistanın tarixi mərkəzləri - Səmərqənd və Buxara şəhərlərinə səfərlər nəzərdə tutulub.

Dünən Azərbaycan və Özbəkistanın müdafiə nazirləri cari və ikitərəfli hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər, 2011-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıblar.

Xəbər lenti

Xəbər lenti