RED: əlavəsi: şəkillər əlavə olunub
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının yeddinci ildönümü günü - dekabrın 12-də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanı ziyarət edərək, xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, müxtəlif ölkələrin təmsilçiləri Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoydu.
Foto - www.azertag.com