Prezident İlham Əliyev bazar ertəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmana görə, "Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi" xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına əlavə edilib.
Həmin fərmana əsasən, Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvvalə olunub.
Fərman ilə həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği 2200 manat müəyyən olunub.