...

Qazaxıstan siyasi cəhətdən sabit və iqtisadi baxımdan inkişaf etmiş dövlətdir – səfir

Siyasət Materials 15 Dekabr 2010 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir V.Javoronkova/

Gənc Qazaxıstan dövlətçiliyi tarixi yüksəlişdədir və indi ölkə uğurlu, siyasi cəhətdən sabit və iqtisadi inkişaf etmiş dövlətdir. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu fikirdədir.

"Biz bütün dünyanın dəyərləndirdiyi və hörmət etdiyi güclü, iqtisadi baxımdan uğurlu, siyasi cəhətdən sabit dövlət yaratmışıq", - çərşənbə günü səfir Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında deyib.

"Qazaxıstanın 15 illik konstitusiyalı inkişafı ərzində bir dəfə də olsun siyasi böhran olmayıb, bütün məsələlər konstitusiyanın vahid dövlət hakimiyyətinin qollarının qarşılıqlı fəaliyyəti haqqında müddəalar əsasında həll edilib, - Primbetov qeyd edib.

"Yolumuzun baza formulu tolerantlıq vasitəsilə sabitlik, liberallaşdırma vasitəsilə modernləşmədir", - diplomat Qazaxıstanın 19 illiyinə həsr edilən mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Qazaxıstanın daxili siyasətinin "təməl daşı" ictimai sabitliyin, vətəndaş sülhünün, etniklərarası və dinlərarası həmrəyliyin möhkəmləndirilməsidir.

"Bu təməldə ölkə "sosial sistemin demokratikləşməsini və liberallaşmasını" geniş surətdə aparır", - diplomat hesab edir.

Səfir bu kursun komponentlərinə ədalətli və nümunəvi seçkiləri, partiyaların rolunun gücləndirilməsini, parlamentin nümayəndəlik funksiyalarının genişləndirilməsini, qeyri-hökumət təşkilatlarının artımını və həvəsləndirilməsini, məhkəmələrin müstəqilliyini və muxtariyyətliyini, mətbuatın azadlığını və senzura altında olmamasını, qadın, ailə və uşaqlara münasibətin dəyişdirilməsini aid edib.

Müstəqil dövlət kimi, Qazaxıstanın mühüm nailiyyətləri arasında səfir Semipalatinsk poliqonunun bağlanmasını, dövlət sərhədlərinin dəqiq delimitasiyasını, o cümlədən onlar ətrafında "mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin" yaradılması, milli valyutanın tətbiqi, bazar iqtisadiyyatına keçid, respublikanın paytaxtının köçürülməsini, pensiya təminatı, kommunal təsərrüfat, məhkəmə sistemi, dövlət xidməti, səhiyyə, vergiqoyma, təhsil və s. məsələlərdə intensiv və uğurlu islahatların aparılmasını vurğulayıb.

"Lakin ən başlıcası odur ki, bu 19 ili biz sülh şəraitində yaşamışıq: bizim nə qonşularla, nə də ölkə daxilində heç bir münaqişəmiz olmayıb. Beləliklə, qazaxıstanlılar dönüş mərhələsini minimum itki ilə yaşayıblar və müstəqilliyin başlıca nailiyyəti insanların təfəkküründə dəyişiklik olub: onlar liberal dəyərləri təbii qəbul etdilər və demokratiya və bazarın alternativsizliyini tanıdılar", - Primbetov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti