...

Azərbaycanın 2009-cu ildə silah alışına dair hesabat açıqlanıb

Siyasət Materials 20 Dekabr 2010 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

BMT-nin Adi Silahların Registri Azərbaycanın 2009-cu ildə silah alışına dair hesabatını dərc edib. Bu barədə registrin saytında deyilir.

Hesabata görə, Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 "Pion" özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 "Qvozdika", 6 ədəd 152 mm çaplı 2C3 "Akatsiya" özüyeriyən haubitsa alıb.

Bundan başqa, Azərbaycan 2009-cu ildə aviaparkına Ukrayna və Belarusdan yeni hava döyüş vasitələri də daxil edib. Hesabatda yer alan məlumatlara görə, rəsmi Bakı 2009-cu ildə Belarusdan 5 ədəd "Su-25" (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd "MiG-29 UB" döyüş təyyarəsi, həmçinin 11 ədəd "Mi-24" döyüş helikopteri alıb.

Xəbər lenti

Xəbər lenti