...

Avropa Parlamenti deputatının Dağlıq Qarabağa səfəri şəxsi xarakter daşıyır (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 22 Dekabr 2010 14:27 (UTC +04:00)
Avropa Parlamentinin deputatı Tomas Porebanın Dağlıq Qarabağın işğal edilmiş ərazilərinə səfəri qeyri-rəsmi xarakter daşıyır və Aİ-nin qanunvericiklik orqanı bunun üçün məsuliyyət daşımır. Bu barədə çərşənbə günü AP-dəki diplomatik mənbə məlumat verib.
Avropa Parlamenti deputatının Dağlıq Qarabağa səfəri şəxsi xarakter daşıyır (ƏLAVƏ OLUNUB-3)

Başlıq dəyişdirilib və Avropa Parlamentinin şərhi əlavə edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Y.Ostapenko/

Avropa Parlamentinin deputatı Tomas Porebanın Dağlıq Qarabağın işğal edilmiş ərazilərinə səfəri qeyri-rəsmi xarakter daşıyır və Aİ-nin qanunvericiklik orqanı bunun üçün məsuliyyət daşımır. Bu barədə Trend-ə çərşənbə günü AP-dəki diplomatik mənbə məlumat verib.

"Avropa Parlamenti üzvlərinin özlərinin məsuliyyət daşıqdıqları, öz təşəbbüsləri ilə etdikləri səfərlərlə Avropa Parlamentinin mandat verdiyi və AP-nin məsuliyyət daşıdığı nümayəndə heyətinin rəsmi səfərləri arasında böyük fərq var", - mənbə deyib.

Onun sözlərinə görə, deputat Porebanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri onun şəxsi təşəbbüsü olub.

Ermənistan KİV-i xəbər verir ki, Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəçisi Tomaş Porebu dekabrın 19-dan Dağlıq Qarabağda səfərdədir, orada tanınmamış "respublikanın" rəhbərliyi ilə görüşlər keçirir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri, regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edir.

Bununla əlaqədar, çərşənbə axşamı Azərbaycan XİN Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labendaya etiraz notası təqdim edib.

Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikamızın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycana girişinin arzuolunmaz olduğu bildirilib.

Avropa İttifaqı institutları və Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.

Nə Avropa Parlamenti, nə Aİ-nin Azərbaycandakı nümayəndə heyəti, nə də Polşa səfirliyi bu insidentlə bağlı rəsmi mövqelərini açıqlayıblar. Avropa Parlamenti Milad bayramı ilə əlaqədar yanvarın 10-dək bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti