...

Tacikistanın Azərbaycandakı səfirliyi rəsmi saytını istifadəyə verib

Siyasət Materials 25 Dekabr 2010 13:16 (UTC +04:00)
Tacikistanın Azərbaycandakı səfirliyi /www.tajembaz.tj/ rəsmi saytını istifadəyə verib.
Tacikistanın Azərbaycandakı səfirliyi rəsmi saytını istifadəyə verib

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir S.Ağayeva/

Tacikistanın Azərbaycandakı səfirliyi /www.tajembaz.tj/ rəsmi saytını istifadəyə verib.

"İnternet səhifəsi ölkə haqqında geniş informasiya əldə etmək istəyənlərə informasiya dəstəyinin göstərilməsi üçün yaradılıb", - Trend-ə diplomatik nümayəndəlikdən məlumat veriblər. Saytın digər vəzifəsi səfirliyin Azərbaycandakı fəaliyyətinin işiqlandırılmasından ibarətdir.

Bununla yanaşı, saytda Azərbaycan və Tacikistan arasında əməkdaşlığın yeni inkişaf mərhələləri, səfərlər və rəsmi görüşlər haqqında informasiya veriləcək.

Səfirliyin rəsmi saytında Tacikistana səfər etmək istəyənlər üçün bütün lazımi informasiya yerləşdirilib.

Saytda səfirliyin fəaliyyəti, tirizim obyektləri haqqında məlumat, xarici vətəndaşlar üçün giriş vizasının alınması qaydaları yerləşdirilib.

Tacikistanın Azərbaycandakı səfirliyi 2008-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti