Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Sərəncamla təsdiq edilən struktur aşağldakı kimidir:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Bakı şəhəri üzrə təhsil idarəsi.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli bölmələri (rayon və şəhər şöbələri).
Nazirlər Kabinetinə iki ay müddətində Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.