...

Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlər keçirəcəklər

Siyasət Materials 29 Dekabr 2010 16:32 (UTC +04:00)
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimlər gələn ilin mart ayında Pakistanın Çerat şəhərində həyata keçiriləcək.
Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlər keçirəcəklər

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Pakistan hərbçiləri birlikdə terror əleyhinə təlim kursu keçəcəklər. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimlər gələn ilin mart ayında Pakistanın Çerat şəhərində həyata keçiriləcək.

Bundan əlavə, 2011-ci ilin iyun-avqust aylarında Kəraçi şəhərində zabitlər üçün hidroqrafiyanın əsasları kursu, müttəfiqlərin təkmillədirilmiş radioelektron mübarizə kursu və  avqust-dekabr aylarında naviqasiya üzrə təkmilləşdirilmiş professional mütəxəssis kursu keçiriləcək.

İki ölkə arasındakı ikitərəfli əlaqələr 1991-ci ildə Pakistanın Azərbaycanı müstəqil dövlət kimi tanımasından sonra başlayıb.

Xəbər lenti

Xəbər lenti