...

Gürcüstanın xalq müdafiəçisi aclıq edən müharibə veteranlarının qovulmasını "ciddi qanun pozuntusu" adlandırıb

Siyasət Materials 5 Yanvar 2011 11:19 (UTC +04:00)
Gürcüstanın xalq müdafiəçisi müharibə veteranlarının aksiyasının dağıdılması ilə əlaqədar baş prokurora və daxili işlər nazirinə tövsiyə ilə müraciət edib və 2011-ci il yanvarın 3-də Qəhrəmanlar meydanında müharibə veteranlarının aksiyasının dağıdılması zamanı ölkə qanunvericiliyinin pozulması hallarına yol verən məsul şəxslər barədə məsələ qaldırmağı tələb edib.
Gürcüstanın xalq müdafiəçisi aclıq edən müharibə veteranlarının qovulmasını "ciddi qanun pozuntusu" adlandırıb

Gürcüstan, Tbilisi, 5 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xalq müdafiəçisi müharibə veteranlarının aksiyasının dağıdılması ilə əlaqədar baş prokurora və daxili işlər nazirinə tövsiyə ilə müraciət edib və 2011-ci il yanvarın 3-də Qəhrəmanlar meydanında müharibə veteranlarının aksiyasının dağıdılması zamanı ölkə qanunvericiliyinin pozulması hallarına yol verən məsul şəxslər barədə məsələ qaldırmağı tələb edib.

Georgi Tuquşinin bəyanatında qeyd olunur ki, yanvarın 3-də patrul polisi Qəhrəmanlar meydanında müharibə veteranlarının aksiyasını dağıdıb. Bəyanatda Gürcüstan DİN-in rəsmi məlumatı da yer alıb. Orada Zaza Qermanozaşvilinin, İliya Çiloşvilinin, Valerian Dzebiraşvilinin, Levan Asatgianinin, Malxaza Topurianın, Amur Revişvilinin, Serqo Dvalinin, Levon Asatryanın, Leonid Exvayanın, Şoyta Yamanidzenin və Şota Zqudadzenin saxlanıldığı göstərilir.

Gürcüstanın xalq müdafiəçisinin məlumatına görə, aksiуa iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələri əsasında həbs ediliblər.

Xalq müdafiəçisi hesab edir ki, aksiya iştirakçılarına qarşı ciddi qanun pozuntusuna yol verilib. Veteranların bir hissəsi, 1992-1993-cü illərdə və 2008-ci ildəki əməliyyatların iştirakçıları dekabrın 27-də Qəhrəmanlar meydanında fasiləsiz aksiyalara başlayıblar. Aksiyalar çərçivəsində bir neçə veteran Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların Memorialı yanında aclıq aksiyası keçiriblər. Dekabrın 24-də veteranlar Tbilisi meriyasına Qəhrəmanlar meydanı əraisində aksiya keçirilməsinə dair ərizə ilə müraciət ediblər. Aksiya "Toplantı və nümayişlər haqqında" qanuna tam əməl olunmaqla keçirilib.

Aksiya iştirakçıları küçənin işlək hissəsini tutmayıblar, qanunvericiliyin tələblərini pozmayıblar. Ombudsmanın iddia etdiyi kimi, iştirakçılar İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələrini də pozmayıblar.

Xəbər lenti

Xəbər lenti