...

Ümid Partiyası fəaliyyət planını müəyyənləşdirib

Siyasət Materials 7 Yanvar 2011 14:18 (UTC +04:00)
Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda ölkə və regionda ictimai-siyasi vəziyyət, partiya strukturu və təşkilatlanma işi, İcra Aparatının yaxın altı ay üçün planı və s. məsələlər müzakirə olunub.
Ümid Partiyası fəaliyyət planını müəyyənləşdirib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Hacıyev/

Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda ölkə və regionda ictimai-siyasi vəziyyət, partiya strukturu və təşkilatlanma işi, İcra Aparatının yaxın altı ay üçün planı və s. məsələlər müzakirə olunub.

İlk növbədə "Qarabağ" siyasi bloku daxilində fəaliyyət istiqamətləri və gələcək planlar ətrafında diskusiyalar aparılıb. Siyasi bloka daxil olan partiyaların müxtəlif strukturları arasında münasibətlərin inkişaf etdirilməsi fikri ətrafında müzakirələr aparılıb.

Daha sonra Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Aparatın fəaliyyət hesabatını açıqlayıb. İcra Aparatının növbəti altı ay üçün tərtib etdiyi planın müzakirəsi keçirilib.

Sonda isə partiyadaxili təşkilatlanma işi və rayon təşkilatlarının durumu barəsində hesabat dinlənilib və qənaətbəxş hesab edilib.

Xəbər lenti

Xəbər lenti