...

Avropa Şurasında Azərbaycanın quruma daxil olmasının yubileyi qeyd olunacaq

Siyasət Materials 11 Yanvar 2011 13:50 (UTC +04:00)
Avropa Şurasında Azərbaycanın bu nüfuzlu struktura daxil olmasının yubileyi qeyd olunacaq.
Avropa Şurasında Azərbaycanın quruma daxil olmasının yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir S.Ağayeva/

Avropa Şurasında Azərbaycanın bu nüfuzlu struktura daxil olmasının yubileyi qeyd olunacaq. Ölkənin AŞ-yə daxil olmasının 10 illiyi münasibətilə yubiley konserti və rəsmi qəbul yanvarın 25-26-da Strasburqda keçiriləcək. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov məlumat verib.

Səfir bildirib ki, yubiley tədbirlərində iştirak etmək üçün ölkənin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər rəsmi şəxslərin daxil olacaqları nümayəndə heyəti Strasburqa yola düşəcək.

2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına rəsmən üzv olub, ölkədə demokratik dəyərlərin, söz azadlığı və insan haqlarının təmin olunması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb.

Xəbər lenti

Xəbər lenti