Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir S.Ağayeva/
Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri ayın sonuna qədər təyin oluna bilər. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi, səfir Arif Məmmədov deyib.
"Avropa Şurasının baş katibliyinin Azərbaycanda xüsusi nümayəndəsi vəzifəsinə iki namizəd var. Onların hər ikisinin namizədliyinə təşkilatın baş katibliyi tərəfindən baxılır", - Məmmədov bildirib.
Diplomatik missiyasının başa çatması ilə əlaqədar Avropa Şurasının baş katibliyinin Azərbaycanda xüsusi nümayəndəsi, çexiyalı diplomat Veronika Kotek ötən il dekabırn sonunda ölkəni tərk edib. Kotek öz fəaliyyətini Strasburqda davam etdirəcək.