...

Azərbaycanın hakim partiyası Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi qərarını alqışlayıb

Siyasət Materials 11 Yanvar 2011 18:08 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi qərarını alqışlayıb.
Azərbaycanın hakim partiyası Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi qərarını alqışlayıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi qərarını alqışlayıb.

"Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi ilə bağlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın söylədiyi fikirlər təqdirəlayiqdir. Bu abidənin sökülməsi tam məntiqli hərəkət olacaq. Cənab Ərdoğanın bu mövqeyi mövcud reallığı əks etdirir və tamamilə qanunauyğun haldır", - Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, belə abidənin mövcudluğu ermənilərin işğalçı siyasətinə mənəvi bəraətdən başqa bir şey olmazdı. Ona görə də işğalçılara qarşı təpki göstərilməlidir və onlara hər hansı güzəştə gedilməməlidir.

"Qarsda bəzi dairələr Ermənistanla sərhədlərin açılmasının iqtisadi cəhətdən Türkiyəyə, həmin bölgəyə dividend gətirəcəyini düşünürlər. Amma bu gülünc fikirlərdir. Çünki Ermənistan iqtisadiyyatı o qədər geridədir ki, Türkiyənin sərhədyanı bölgələri Ermənistanla ticarət əlaqələri aparmaqla cüzi gəlir əldə edə bilər. Xəzinəsi boş, əhalisi yoxsul olan Ermənistanla ticarətin əhəmiyyəti yoxdur. Türkiyənin aparıcı dairələri bu reallığı gözəl anlayırlar", - YAP icra katibinin müavini vurğulayıb.

Qurbanlı bildirib ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları sürür, uydurma "erməni soyqırımı"nın təbliğatını aparmaqla Türkiyənin beynəlxalq aləmdə imicinə zərbə vurmağa çalışırlar. Belə olan halda ermənilərin mövcud olmayan dostluğuna abidə ucaltmaq lazım deyil.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan şənbə günü Qarsa səfəri zamanı abidəni "biçimsiz" adlandıraraq onun sökülməsinə dair əmr verib.

Erməni-türk dostluğu abidəsi 2008-ci ildə Qarsın keçmiş ermənipərəst meri Naif Əlibəyoğlunun dövründə tikilib.

30 metr hündürlükdə olan iki heykəl bir-birinə doğru çevrilmiş iki fiquru nümayiş etdirir. Abidə Ermənistanla sərhədin 40 kilometrliyindəki hündürlükdə ucaldılıb.

Xəbər lenti

Xəbər lenti