...

Azərbaycan hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsi gücləndirilib

Siyasət Materials 13 Yanvar 2011 10:57 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycan hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərar verib.Trend-in məlumatına görə, bu barədə cümə axşamı Nazirlər Kabinetinin İnternet saytı məlumat yayıb.
Azərbaycan hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsi gücləndirilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti Azərbaycan hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərar verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Nazirlər Kabinetinin İnternet saytı məlumat yayıb.

Hərbi qulluqçuların və hərbi mükəlləfiyyətlilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 1994-cü il 17 fevral tarixli 67 nömrəli qərarına əlavələr edib.

Əlavələrdə hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına edilən əlavələrin hərbi prokurorluq əməkdaşlarına da şamil olunması nəzərdə tutulub.

Qərarla müəyyən olunub ki, Azərbaycan Hərbi Prokurorluğu hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etməlidir.

Xəbər lenti

Xəbər lenti