...

BAXCP-nin idarə heyətinin iclası keçirilib

Siyasət Materials 31 Yanvar 2011 14:01 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) idarə heyətinin genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bazar ertəsi keçirilən iclasda qərarların icrası, ictimai-siyasi və təşkilati məsələlər müzakirə olunub.
BAXCP-nin idarə heyətinin iclası keçirilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Hacıyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) idarə heyətinin genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bazar ertəsi keçirilən iclasda qərarların icrası, ictimai-siyasi və təşkilati məsələlər müzakirə olunub.

İclasda çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın fəaliyyətinin yeni bir mərhələyə qədəm qoyduğunu və təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. BAXCP sədri iclasda iştirak edən İcra Aparatı təmsilçilərinə və partiyanın bir sıra rayon, şəhər təşkilatlarının rəhbərlərinə təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.

Qüdrət Həsənquliyev iclas iştirakçılarını Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının təmsil olunduğu "İslahat" deputat qrupunun Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihə barədə də məlumatlandırıb. Ölkə həyatının bütün sahələrində islahatların vacibliyini önə çəkən BAXCP sədri "İslahat" deputat qrupunun Parlamentə təqdim edəcəyi layihənin əhəmiyyətindən danışıb.

BAXCP sədrinin çıxışından sonra idarə heyətinin üzvləri ictimai-siyasi məsələlərlə bağlı müzakirələrə başlayıblar. Doğumunun 127-ci ildönümü qeyd olunan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan BAXCP idarə heyətinin üzvləri onun nəşinin Vətəninə gətirilməsi ilə bağlı bir daha hökumətə çağırış ediblər.

Xəbər lenti

Xəbər lenti